Ölkə futbolu

“Xəzər Lənkəran”ın yeni transferi bu gün Bakıya gəlir

Öncədən xəbər verdiyimiz kimi, ispan futbolçu Edu Oriol Qarsianı heyətinə qatan “Xəzər Lənkəran” növbəti transferini reallaşdırmağa yaxındır.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, Cənubluların heyətinə qatmaq istədiyi braziliyalı futbolçu Devid Sakkoninin bu gün Bakıya təşrif buyuracağı gözlənilir.

Qeyd edək ki, sözügedən futbolçu 2007-10-cu illərdə “Palmeyras”ın şərəfini qoruyub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43