Ölkə futbolu

“Xəzər Lənkəran”ın yeni transferi: “Mənə “Neftçi”də qiymət verən olmadı” – MÜSAHİBƏ

"Xəzər Lənkəran"ın "Neftçi"dən transfer etdiyi futbolçu Slavik Alxasov "facebook" sosial şəbəkəsində cənublu azarkeşlərin suallarını cavablandırıb.

– Mənə "Neftçi"də qiymət verən olmadı və "Xəzər Lənkəran" məni öz  komandasına cəlb etdi. Təşəkkür edirəm "Xəzər Lənkəran"a… Mən öz oyunumla sübut eliyəcəm onlara.

– Başqa komandaya getsən deyərsən ki, mən daha "Xəzər Lənkəran"lı deyiləm. Düzünü de…

– Elə bilirsiz yalan danışıram? Mən uşaq vaxtdan "Xəzər Lənkəran"a azarkeşlik edirəm. Çünki mənim burada yerlim Rahid Əmirquliyev oynayır. Bizim evdə hamı "Xəzər Lənkəran"a azarkeşlik edir. Bura gəldiyimə görə çox sevinirəm.

– "Xəzər Lənkəran" – "Neftçi" oynayanda kimə azarkeşlik edirdin? 

– Evdə "Boyük oyun"a hamımız "Xəzər Lənkəran"lı olaraq baxırıq.

– Slavik, sənin "Xəzər Lənkəran"lı olmağına çox var…

– Görərsiz, oyunumla "Xəzər Lənkəran"lı olduğumu sübut edəcəm.

– Xarici klubda oynasan "Xəzər Lənkəran"lı olduğunu deyərsən, yoxsa "Neftçi"li?

– Mən çox fanatı olan komandanı sevirəm. Bir gün bundan qabaq bu haqda yazmışam. "Xəzər Lənkəran" fanatı bir nömrədi.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43