Ölkə futbolu

“Xəzər Lənkəran”ın yolunu gözləyən futbolçu

"Xəzər Lənkəran"ın yeni transferi Əfran İsmayılov Cənub klubuna Bakıda qoşulacaq.

İdmanxeber.com-un məlumatına görə, səfirlikdən viza ala bilməyən futbolçu “Xəzər Lənkəran”a Sloveniyada qoşula bilməyəcək. 

İsmayılov "Xəzər Lənkəran"ın Bakıya dönməsini gözləyir. "Ağ-yaşıllar" iyulun 28-də Sloveniya toplanışına yekun vuracaqlar və "Bakı"nın sabiq üzvü bu tarixdə yeni klubunun düşərgəsinə qoşula biləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43