Ölkə futbolu

“Xəzər Lənkəran”ın zədəlisindən son xəbər: “Qarabağ”la görüşdə iştirak etməyəcək

Çərşənbə axşamından etibarən Bakıda gündəlik olaraq məşq edən “Xəzər Lənkəran” Premyer Liqanın növbəti turuna hazırlıqlarını davam etdirir.

İdmanxeber.com-un məlumatına görə, zədəli olan Uğur Pamuk və Cahangir Həsənzadə istisna olmaqla, bütün heyət üzvləri məşqlərdə iştirak edirlər. Cahangir Həsənzadənin “Qarabağ”la görüşdə forma geyə bilməyəcəyi dəqiqləşib. Onun yerinə isə qapını Orxan Sadıqlı qoruyacaq.

 “Ağ-yaşıllar”  sabah Tofiq Bəhramov adına Respublika Stadionunda oyunöncəsi son məşqə çıxacaq.

“Qarabağ” – “Xəzər Lənkəran” matçı 26 oktyabr (bazar günü) saat 18:00-da başlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43