İdman

“Xəzər Lənkəran”la adı hallanan ulduz futbolçu karyerasını bitirir

Uels millisinin və "Kardif Siti"nin ulduz futbolçusu Kreyq Bellami yığmadakı karyerasına nöqtə qoyur. 

O, DÇ-2014-ün seçmə mərhələsində keçiriləcək Makedoniya və Belçika ilə maçtın onun milli karyerasındakı son oyunları olacağını bildirib:

“Bu, Uels millisindəki son həftəm olacaq. Noyabrdakı oyunlarda çıxış etməyəcəm. Yaxşı və pis vaxtlarında yığma komandamla 70-dən çox oyuna çıxdım. Son dönəmlərdəki məğlubiyyətlər bu qərarı verməyimə səbəb oldu. Ümid edirəm ki, Makedoniya və Belçika ilə oyunda mənə də son dəfə şans verərlər”.

Xatırladaq ki, Bellaminin adı bir dönəm "Xəzər Lənkəran"la yanaşı hallanırdı.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43