Ölkə futbolu

“Xəzər Lənkəran”la oyun öncəsi “Neftçi”yə şad xəbər!

Oktyabrın 23-də Superkubok oyununda "Xəzər Lənkəran"la qarşılaşacaq "Neftçi" oyun öncəsi şad xəbər alıb.

Belə ki, komandanın serbiyalı qapıçısı Saşa Stamenkoviç "Böyük oyun"da forma geyə biləcək. Bir müddət öncə qolkiperin bu qarşılaşmada oynamayacağı xəbərləri dolaşsa da, bu həqiqəti əks etdirmir. Çünki əsasnamədə Superkubokla bağlı bənd olmadığından hər iki komanda matça optimal heyətlə çıxa biləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43