Premyer Liqa

“Xəzər Lənkəran”la oyun öncəsi sevindirici xəbər

Premyer Liqanın V turunda doğma meydançada “Xəzər Lənkəran”ı qəbul edəcək “Qəbələ” günü bir məşqlə tamamlayıb.

Klubun rəsmi saytına istinadən verdiyimiz məlumata görə, günün ikinci yarısında baş tutan hazırlıq prosesində sadiq azarkeşləri “qırmızı-qaralar”ı yalnız qoymayıb.

Məşq boyunca komandaya dəstək verən “Qəbələ” “fan”ları heyət üzvlərini tək-tək səsləyərək onlara sevgilərini nümayiş etdiriblər.

Baş məşqçi Yuri Syominin rəhbərliyi altında baş tutan məşq prosesində futbolçular müxtəlif toplu və topsuz çalışmalar yerinə yetiriblər. Məşqdə yüngül zədəsi olan Omar Kalabane komandadan ayrı çalışıb. Bərpa prosesini tamamlamaqda olan Nuran Qurbanovun isə sabah əvəzedicilərin heyətində “Xəzər Lənkəran”a qarşı meydana çıxması gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43