Ölkə futbolu

“Xəzər Lənkəran”la oyundan öncə “İnter”də ciddi itki – FOTO

Azərbaycan Premyer Liqasının 12-ci turunda öz meydanında “Xəzər Lənkəran”la qarşılaşacaq “İnter” ciddi itki ilə üzləşib.

İdmanxeber.com-un məlumatına görə, Bank klubunun futbolçusu Coşqun Diniyev zədələnib. Ötən gün məşqdə dizindən zədələnən futbolçunun zədəsi ciddidi. Bunu Diniyev saytımıza açıqlamasında bildirib:

“Məşqdə dizimin arxa hissəsindən zədə aldım. Deyəsən zədəm ciddidi”.

Diniyev böyük ehtimalla “Xəzər Lənkəran”la oyunu buraxacaq.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43