Ölkə futbolu

“Xəzər Lənkəran”la oyunöncəsi ciddi itkilər

"Sumqayıt" klubu Premyer Liqanın 26-cı turunda keçiriləcək "Xəzər Lənkəran"la oyuna hazırlıqlarını ciddi itkilərlə davam etdirir.

Belə ki, Uğur Pamuk xəstələnib, Fərcad-Azad isə zədəlidir. Türk əsilli futbolçunun Cənub klubuna qarşı çıxışı mümkündürsə, Fərcadın bu oyunda oynaması sual altındadır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43