Ölkə futbolu

“Xəzər Lənkəran”lı azarkeşlər Mübariz Mənsimova müraciət etdilər

Çox hörmətli Mübariz Mənsimov! 2004-cü ildən bəri Azərbaycan futboluna inqilabi dəyişikliklər gətirən, futbolumuza gözəllik və maraq bəxş edən, fəxri prezidenti olduğunuz “Xəzər Lənkəran”ın yaradılmasından 10-il keçir. Arxada qalan bu illər ərzində sevimli komandamız kifayət qədər uğurlara və bir çox ilklərə imza atmışdır. Qısa müddət kəsiyində “Xəzər Lənkəran” böyük iddialarını ortaya qoymaqla özündən söz etdirə bilmişdir. Bu illər ərzində çoxminli azarkeş ordumuz da daim komandanın yanında olmuş, acısını paylaşmış, sevincinə şərik çıxmışdır. Klubumuzun 10-illik yubileyi ərəfəsində siz irəliyə doğru daha bir addım ataraq dünyaca məşhur bir çalışdırıcını ölkəmizə, sevimli klubumuzun baş məşqçi postuna dəvət etdiniz. Bu Con Benjamin Toşak idi. Dünyünın ən böyük klublarının bir çoxunu çalışdımış Con Toşak ölkəmizə gəlib-getmiş məşçilər arasında ən tanınmış və ən təcrübəlisidir. Siz bu addımla həm də azarkeşlərimizə komandanın ifasında 10-iilk yubileydə qazanıla bilinəcək uğurların sevincini yaşatmaq istədiniz. Bütün bunlara görə sizə təşəkkür edirik.

Qeyd edək ki, idmanın müxtəlif növlərində olduğu kimi elə futbolda da bəzən ən yaxşılar belə hər yerdə uğur qazana bilmirlər. Buna misal olaraq hazırda İspaniya millisinin baş məşqçisi Visente Del Boskeni göstərmək olar. Bir neçə il əvvəl qardaş Türkiyənin öndə gedən ən böyük klublarından olan “Beşiktaş”a baş məşqçi gətirilən Del Boske orada qısa müddət çalışmalı oldu. Ardıcıl uğursuzluqlar sonrası Türkiyəni tərk edən bu çalışdırıcı bir neçə il işsiz qalmasına rəğmən İspaniya millisinin başına keçdi. Məhz onun başçılığında İpaniya yığması dünya və Avropa çempionu adını qazandı. 

Eyni müqayisəni də Con Benjamin Toşaka da adi edib çoxlu faktları sadalmaq olar. Amma görünən odur ki, Con Toşakın “Xəzər Lənkəran”dakı karyerası alınmadı. Bu nə uelsli çalışdırıcının nə də “Xəzər Lənkəran” komandasının zəifliyi deyildi. Yuxarıda da qeyd etdiyimiz kimi belə hallara dünya futbolunda çox rast gəlinir.  

“Xəzər Lənkəran” komandasının son bir neçə uğursuz oyununa münaisbət bildirərkən Toşak özü də etiraf edib ki, burada istədiyi komandanı hələ də yarada bilməyib. Nəzərə alsaq ki, artıq çempionat başlayıb və 5-tur arxada qalıb, sevimli komandamız isə tam formalaşa biləmədiyindən hələ də qələbə üzünə həsrətdir, deməli bu gedişlə klubumuzun 10-illik yubileyində hər hansı uğura imza atmağımız ağıla sığan deyil. 

Bütün bunları nəzərə alaraq “Xəzər Lənkəran” azarkeşlərinin əksəriyyətinin adından sizlərdən xahiş edirik ki, komandanın baş məşqçisi Benjamin Con Toşakla yolların ayrılması barədə düşünəsiniz. Toşaka bir insan kimi eyni zamanda bir məşqçi kimi böyük hörmətimiz var. Amma uğur olmayanda və konkret iş görməyin vaxtı gələndə qətiyyətli addımların atılması zəruriləşir. Düşünürük ki, belə bir zərurət artıq yaranıb. Azarkeşlərimiz sizdən tədbir görməyinizi səbirsizliklə gözləyir. 

Hörmətlə:  “Xəzər Lənkəran”ın Moskva fan klubu 

“Green Gate2” fanat qrupu

 “Fırtına” fan klubu 

“Pirates” fan klubu 

“Caspian Ultras” fanat qrupu

 “Bosman” fan klubu  

“12-ci oyunçu” azarkeş qrupu 

Təşəbbüskar: “Xəzər Lənkəran”ın fəal azarkeşi Vaqif Rəşidov.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43