Kateqoriyasız

“Xəzər Lənkəran”lı azarkeşlərə şad xəbər: Skarlatake “İnter”lə matçda iştirak edəcək

Azərbaycan kuboku çərçivəsində “Xəzər Lənkəran” Bakının ” İnter” klubunu qonaq edəcək.

İdmanxeber.com-un məlumatına görə, cənub təmsilçisinin rumınyalı futbolçusu Adrian Skarlatake bu matçda forma geyə biləcək. Bunu saytımıza açıqlamasında futbolçunun özü deyib:

“Zədəm artıq sağalıb. Növbəti oyunda komandama kömək edə biləcəm”.

Qeyd edək ki, sözügedən oyun mart ayının 13-də saat 17:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43