Ölkə futbolu

“Xəzər Lənkəran”lı azarkeşlərin “Böyük oyun” planı

Xəbər verdiyimiz kimi "Neftçi" – "Xəzər Lənkəran" matçına Lənkəran azarkeşləri buraxılmayacaq.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, cənublu fanatlar stadiona necə girəcəklərinin planını çoxdan hazırlayıblar. Belə ki, azarkeşlər stadionun yaxınlığında qrup olaraq birləşəcəklər və stadiona daxil olacaqlar.
Oyunda qonaq komandanın heç bir fan-klubu iştirak etməyəcək.

Əldə etdiyimiz digər məlumata görə isə tərəfdarların əksəriyyəti özü ilə komandanın atributlarını götürməyəcəklər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43