Kateqoriyasız

“Xəzər Lənkəran”lı azarkeşlərin unutmadığı futbolçu: “Bu ölkədə həmişə belə olub”

“Biz ilk növbədə öz işimizi görməliyik. İlk olaraq Rumıniyanı məğlub edib, sonrakı nəticələrə baxmalıyıq. Rumıniyaya bərabərlik bəs edər. Ona görə, onlar orta sahəyə xüsusi diqqət edib, 1 xalı üçün meydana çıxacaqlar”.

Bu sözləri “Xəzər Lənkəran”ın sabiq futbolçusu Oktay Dərəlioğlu deyib. 

Türkiyə millisi bu gün DÇ-2014-ün seçmə oyunu çərçivəsində Rumıniya ilə mühim oyuna çıxacaq.

“NTV Spor” kanalında bir verlişdə qonaq olan sabiq “Xəzər Lənkəran”lı millisinin şanslarını belə dəyərləndirib:

“Dünən Terimin məyus halda gördüm. Bu ölkədə həmişə belə olub. Hər zaman səni “vurmaqa” çalışırlar. Bu cür vacib oyundan öncə media bu qədər çox Terimin üstünə getməməlidir. Mən Terimə və onun komandasına güvənirəm. Bizim itirəcəyimiz bir şey yoxdu. Ancaq hücum futbolu oynamalıyıq”. 

Qeyd edək ki, bir mövsüm “Xəzər Lənkəran” forması geyən Oktay meydana çıxdığı 23 oyunda 18 qol vurub, 5 sarı vərəqə almışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43