Yeni mövsümdən birinci diviziondan iştirak edəcəyi gözlənilən “Xan Lənkəran” klubu 3 transfer gerçəkləşdirib.
İdmanxeber.com-un məlumatına görə, klub “Xəzər Lənkəran”ın sabiq futbolçuları – Kamran Abdullazadə, İlyas Səfərzadə və qapıçı Tərlan Qasımzadəni rənglərinə bağlayıb.
Sözügedən futbolçuların hər biri ilə 3 illik müqavilə imzalanıb.