08 Sentyabr 2024
Kateqoriyasız

“Xəzər Lənkəran”lıların sevimli futbolçusu Bakı klubunda – RƏSMİ

"Xəzər Lənkəran"dan ayrılan Adrian Skarlatakenin yeni komandası müəyyənləşib.

İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, rumıniyalı müdafiəçi karyerasını Bakının "İnter" klubunda davam etdirəcək.

Skarlatake ilə 6 aylıq müqavilə imzalanıb. Hazırda fərdi məşq edən futbolçu 24-də yeni komandasına qoşulacaq. 

Qeyd edək ki, Skarla 2011-ci ildən Lənkəran təmsilçisində çıxış edirdi.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43