Ölkə futbolu

“Xəzər Lənkəran”lıların unutmadığı futbolçu: “Makkabi”yə ağır məğlubiyyət məni də məyus etmişdi”

“Xəzər Lənkəran”da yaxşı günlərim olub. Həqiqətən də, Azərbaycanda top qovmaqdan məmnun idim. “Xəzər Lənkəran” ölkənizin ən iddialı komandalarındandır. Yadımdadır, lənkəranlı azarkeşlər həmişə bizə dəstək olurdular. Öz meydançamızda çox asanlıqla qələbə qazanırdıq”.

Bu sözləri  “Xəzər Lənkəran”ın sabiq futbolçusu İvan Çvetkov deyib.

Xatırladaq ki, bolqarıstanlı hücumçu bir vaxtlar cənub klubunun əsas “qol silahı” sayılırdı. Çvetkov söhbət əsnasında “Xəzər Lənkəran”ın hansı vəziyyəti haqda da fikir bildirib: “Xəzər Lənkəran”ı Toşakın çalışdırmasından xəbərdaram. Açığı, çempionatda hansı vəziyyətdə olduqlarını dəqiq bilmirəm. Amma Avropa Liqasındakı çıxışı ilə yaxından maraqlandım. “Makkabi”yə ağır məğlubiyyət məni də məyus etmişdi”.

forvard.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43