İdman

“Xəzər” – “Qarabağ Vyana” oyununun vaxtı bilindi

Antalyada təlim-məşq toplantısında olan birinci divizion təmsilçisi “Xəzər”in son yoxlama oyununun başlama saatı açıqlanıb.

İdmanxeber.com-un klubun rəsmi “Facebook” səhifəsinə istinadən yaydığı xəbərə görə, Avstriyanın III liqasında çıxış edən “Qarabağ Vyana” qarşı keçiriləcək görüş sabah  Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Qeyd edək ki, “Xəzər” bundan əvvəl Bolqarıstanın “Vereya SZ” və Türkiyənin “Kəmərspor”  klubuna 2:1 hesabı ilə qalib gəlib, Almaniyanın “FSV Vacker 90” klubuna 0:3 hesabı ilə uduzub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43