İdman

“Xəzər”dən daha bir transfer: Bu dəfə Abdullayev – FOTO

Azərbaycan birinci divizion təmsilçisi “Xəzər” qış fasiləsində növbəti transferini həyata keçirib.

İdmanxeber.com-un klubun rəsmi “Facebook” səhifəsinə istinadən yaydığı xəbərə görə,  mövsümün ilk yarısını “Şüvəlan”da keçirən Vadim Avdullayevlə mövsümün sonuna qədər müqavilə imzalanıb.

“Bakı” futbol klubunun yetirməsi olan 23 yaşlı yarımmüdafiəçi “Simurq” və “Qəbələ” klublarında da oynayıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43