Ölkə futbolu

“Xırda səhvlər məğlub olmağımıza səbəb oldu”- Ayxan Abbasov

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasovun “Sumqayıt”la oyun haqda fikirlərini bildirib.

İdmanxeber.az-ın məlumatına görə, o, komandasından razı qaldığını açıqlayıb:

“Sürətli oyun oldu. Hər iki komandanın azarkeşləri oyuna gözəllik qatdılar. Uzun yol qət edib burada bizi dəstəkləməyə gələn azarkeşrimizə təşəkkürümü bildirirəm. Oyun baxımından futbolçularımdan razı qalsam da xırda səhvlər məğlub olmağımıza səbəb oldu. Qol imkanlarından istifadə edə bilmədik. 3,4 real qol imkanımız oldu. Sevindirici haldır ki, futbolçularda irəliləyiş var. Daha çox işləməliyik, oyun baxımından artırmalıyıq. İnşallah gələn oyunlarda xal ehtiyatımızı artıracağıq”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43