Kateqoriyasız

Xocalı Futbol Klubu seçimlərə başladı

Xocalı Futbol Klubu 2008, 2009, 2010, 2011 və 2012-ci il təvəllüdlü uşaqlar arasında seleksiya xarakterli məşqlərə start verib.

İdmanxeber.az-ın məlumatına görə, seçimlərdən uğurla keçən uşaqlar ödənişsiz olaraq müvafiq yaş qrupu üzrə komandalarımıza cəlb olunacaq.

Seçimlər Abşeron rayon, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksinin stadionunda keçiriləcək və 6 gün ( 2,3,4 və 9,10,11 sentyabr ) müddətində saat  17:00-dan 19-00-a qədər davam edəcək.

Məşqlər zamanı tətbiq olunacaq qaydalar.

1.Seçimlərdə iştirak edən uşaqların temperaturu ölçülərək stadiona buraxılacaq.

2.Valideynlər stadionun ərazisinə maskasız buraxılmayacaq.

3.Məşqlərin hər biri 1 saat olmaqla iki qrupa bölünəcək və məşqlərə müəyyən sayda uşaqlar buraxılacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43