Milli komanda

Xorvatiya Azərbaycan üçün heyəti açıqladı – sıyahıda 6 hücumçu var

Xorvatiya millisinin Azərbaycan və Macarıstanla keçirəcəyi 2020-ci il Avropa çempionatının seçmə qrup matçları üçün heyəti açıqlanıb.

 

Qapıçılar: Lovre Kaliniç (“Aston Villa”, İngiltərə), Dominik Livakoviç (“Dinamo”, Zaqreb), Simon Sluqa (“Riyeka”)

Müdafiəçilər: Domaqoy Vida (“Beşiktaş”, Türkiyə), Deyan Lovren (“Liverpul”, İngiltərə), Tin Yedvay (“Bayer” Leverkuzen, Almaniya), Borna Barişiç (“Reyncers”, Şotlandiya), Marin Leovats (“Dinamo” Zaqreb), Antonio Miliç (“Anderlext”, Belçika), Duye Çaleta-Tsar (“Marsel”, Fransa)

Yarımmüdafiəçilər: Luka Modriç (“Real Madrid”, İspaniya), İvan Rakitiç (“Barselona”, İspaniya), Mateo Kovaçiç (“Çelsi”, İngiltərə), Milan Badel (“Latsio”, İtaliya), Marselo Brozoviç (“İnter”, İtaliya), Marko Roq (“Sevilya”, İspaniya), Mario Paşaliç (“Atalanta”, İtaliya), Filip Bradariç (“Kalyari”, İtaliya)

Hücumçular: İvan Perişiç (“İnter”, İtaliya), Andrey Kramariç (“Hoffenhaym”, Almaniya), Ante Rebiç (“Ayntraxt”, Almaniya), Marko Pyatsa (“Fiorentina”, İtaliya), Nikola Vlaşiç (MOİK, Rusiya), Yosip Berkalo (“Volfsburq”, Almaniya)

Qapıçı Yosip Posavets (“Hayduk”), müdafiəçilər – Karlo Bartolets (“Norşellann”), Marin Ponqraçiç (“Zaltsburq”, Avstriya) və hücumçu Bruno Petkoviç (“Dinamo” Zaqreb) isə ehtiyat oyunçu qismində nəzərdə tutulublar.

Qeyd edək ki, Azərbaycanla oyun martın 21-də Zaqrebdəki “Maksimir” stadionunda, Macarıstanla qarşılaşma isə martın 24-də Budapeştdəki “Groupama Arena”da keçiriləcək.

Oxşar xəbərlər

Sudan da bizdən güclü oldu

admin

Futzal millimiz dünya reytinqində irəlilədi

admin

Azərbaycan millisi İngiltərəni qabaqlayacaq

admin