Dünya futbolu

Xorvatiya – Azərbaycan oyununun keçiriləcəyi stadion açıqlandı

Avro-2020-nin seçmə mərhələsinin birinci turunda keçiriləcək Xorvatiya – Azərbaycan oyununun stadionu müəyyənləşib.

Xorvatiya Futbol Federasiyasının saytına istinadən  yaydığı xəbərə görə, görüş  Zaqrebdəki “Maksimir” stadionunda oynanılacaq. Bu barədə qurumun İcraiyyə Komitəsinin iclasında qərar qəbul edilib.

Qeyd edək ki,  Xorvatiya – Azərbaycan görüşü gələn il martın 21-i keçiriləcək. Matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43