Milli komanda

Xorvatiya – Azərbaycan matçının hakimləri müəyyənləşib

“Avro-2016″nın seçmə mərhələsində oktyabrın 13-də keçiriləcək Xorvatiya – Azərbaycan matçının hakimləri müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, matçın baş hakimi Stefan Ştuder olacaq. Yan xətt hakimləri isə Sandro Pozzi və Jin-Yves Viçt olacaq. Vital Jobin isə dördüncü referi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 13-də keçiriləcək Xorvatiya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43