Milli komanda

“Xorvatiya ilə oyunda sürpriz etməyə çalışacağıq” – Nikola Yurçeviç

Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç Xorvatiya mətbuatına müsahibə verib.

52 yaşlı mütəxəssis AÇ-2020-nin seçmə mərhələsində yığmanın səfərdə Xorvatiya ilə keçirəcəyi oyunla bağlı suallara cavab verib. Yurçeviç öncə toplanış barədə danışıb:

– Toplanışa başlamışıq. Ölkə xaricində olan 2-3 futbolçunu gözləyirik. 1-2 xırda kiçik zədəsi olanlar var ki, bu da ciddi deyil. Toplanış əla keçir.

– Xorvatiya və Azərbaycan millilərinin müqayisə etsəz…
– Xorvatiya və Azərbaycan arasında müqayisə aparsaq, FIFA-nın reytinqi hər şeyi deyir. Əlbəttə, bu, məntiqli fərqdi, Xorvatiya başqa dünyadı. Buna baxmayaraq, yaxşı futbolçularımız var. Bəzən zəif komandalar güclülərə qarşı qarşı sürpriz etmək və sona qədər mübarizə aparmağı bacarır. Biz də “Maksimir”də sürpriz etməyə çalışacağıq. Bizdən olan gözlənitləri necə qarşılayacağımızı görəcəyik.

– Hamı Xorvatiyadan qələbə gözləyir. Siz bura sürpriz etmək üçün gəlirsiniz?
– Mübarizə aparmağa və təslim olmaq niyyətimizin olmadığını ortaya qoymağa çalışacağıq. Bəzi ifadələrə də çox yer yoxdu. Çünki bizim güclü reytinqimiz yoxdu. Ancaq ümid etmək haqqımız var və ən sevdiyimiz şeyi – sürpriz etməyə çalışacağıq. Xorvatiya dünya nəhəngidi və Azərbaycanda bu yığmaya hörmətlə yanaşırlar. Bakı şəhərinin hər addımında bunu hiss edirəm.

– Azərbaycanın “Qarabağ” klubu Avropa səhnəsində uğurlu çıxış edir…
– Doğrudu. Hazırda Premyer Liqada “Qarabağ”la “Neftçi” liderlik edir. Hər iki komandada milli komanda üzvlərindən əlavə, bir çox əcnəbi futbolçu var. “Qarabağ” neçə mövsümdü ki, avrokuboklarda qruplara düşür. Bəzən daha yaxşı, bəzən bir qədər zəif olsalar da, özlərini qrupa çatdıra bilirlər. Tez-tez favoritlərlə qarşılaşırlar və sürprizlərə imza atmağa nail olurlar.

– Azərbaycan millisində Ramil Şeydayev, Rüfət Dadaşov, Emil Balayev, Eddi İsrafilov və Dmitri Nazarov kimi ölkə xaricində çıxış edən futbolçular var…
– Ramil Şeydayev Rusiyada çıxış edir. Ondan çox şey gözləyirik. Yaxşı keyfiyyətlərə sahibdi. O, əsas ümidlərimizdən biridi.

– Məşqçi Mario Tokiç, fitnes hazırlığı ilə məşğul olan Frank Leno və analitik ekspert Armin Alibeqoviç sizinlə birgədi. Onlar Xorvatiya haqda hər şey bilirlər. Bu sizin işinizi rahatlaşdırır?
– Əlbəttə (gülür).

– Düşünürük ki, Zaqrebdə müdafiə futbolu nümayiş etdirəcəksiniz…
– 90 dəqiqə yalnız müdafiə olunmağı düşünmək çətindi. Ən azından Xorvatiyanı hücumlarımızla təhlükə altına qoymağın bir yolunu tapmağa çalışcağıq. Belə fürsətlər ələ düşəndə yararlanmağa çalışacağıq.

– Nəticənin necə olacağını düşünürsünüz?
– Xorvatiya yığmasına həqiqətən də böyük hörmət edirik. Hamımız bilirik ki, Xorvatiya favoritdi, ancaq biz də nəticəyə ümid edirik və bununla yaşayırıq. Futbolda dünyasında Xorvatiya aşkar favorit hesab edilir. Ancaq ümidin həmişə olduğu bəllidi. Rəqib barədə məlumatlarım var. Mən nikbin insanam. Yaxşı oyun oynamağa çalışacağıq və bunun nəticəyə kifayət edib-etməyəcəyini görəcəyik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43