Milli komanda

Xorvatiya millisində ciddi itkilər var – millimizə qarşı oynamayacaqlar

AÇ-2020-nin seçmə mərhələsinin ilk turunda millimizi qəbul edəcək Xorvatiya yığmasında ciddi itkilər var.

Xorvatiya mətbuatının məlumatına görə, yığmanın əsas qolkiperi olan Lovre Kaliniç, müdafiəçilər Şime Vrsalko, Matey Mitroviç, Yosip Pivariç və İvan Ştriniç zədəli, Deyan Lovren isə cəzalıdır. Vrsalko, Pivariç və Lovrenin martın 21-də millimizə qarşı oynamayacağı dəqiqdir. Digər oyunçuların Azərbaycana qarşı oynayıb-oynamayacağı isə hələlik bəlli deyil

Xorvatiya – Azərbaycan oyunu Bakı vaxtı ilə 23:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43