Milli komanda

Xorvatiya millisinin üzvü: “Azərbaycanla oyunda daha 3 xal qazana bilərik”

“Hiss edirəm ki, çoxları İtaliya ilə matçın həlledici olacağını söyləyir. Ancaq bu, belə deyil. Hələ qarşıda çox oyun var”.

İdmanxeber.com-un məlumatına görə,  bu sözləri Xorvatiya millisinin müdafiəçisi Dario Srna “Avro-2016″nın seçmə mərhələsində qarşılaşacaqları İtaliya ilə oyun haqda fikirlərini bölüşərkən deyib:

“Malta və Azərbaycanla oyunlarda daha 3 xal qazana bilərik. İtaliya ilə oyun isə daha maraqlı olacaq. Proqnoz? İtaliya öz meydanında oynayacaq. Şansları 60-ın 40-a nisbəti kimi dəyərləndirərdim”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43