Kateqoriyasız

Xorvatiya yığmasının Bakıya gələcək heyəti açıqlandı

Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsindəki rəqiblərindən Xorvatiya yığmasının heyəti açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, xorvatların çalışdırıcısı Daliç sentyabrın 6-da Slovakiya, 9-da isə Azərbaycana qarşı keçiriləcək səfər oyunlarına 23 futbolçu dəvət edib.

Qapıçılar: Lovre Kaliniç (“Aston Villa”, İngiltərə), Dominik Livakoviç (“Dinamo”), Simon Sluqa (“Luton”, İngiltərə)

Müdafiəçilər: Domaqoy Vida (“Beşiktaş”, Türkiyə), Deyan Lovren (“Liverpul”, İngiltərə), Tin Yedvay (“Bayer”, Almaniya), Borna Barişiç (“Reyncers”, Şotlandiya), Matey Mitroviç (“Brügge”, Belçika), Karlo Bartoleç (“Kopenhagen”, Danimarka), Mile Şkoriç (“Osiyek”), Dario Melnyak (“Çaykur Rizəspor”, Türkiyə)

Yarımmüdafiəçilər: Luka Modriç (“Real”, İspaniya), İvan Rakitiç (“Barselona”, İspaniya), Mateo Kovaçiç (“Çelsi”, İngiltərə), Milan Badeli (“Fiorentina”, İtaliya), Marselo Brozoviç (“İnter”, İtaliya), Mario Paşaliç (“Atalanta”, İtaliya), Nikola Vlaşiç (MOİK, Rusiya)

Hücumçular: İvan Perişiç (“Bavariya”, Almaniya), Ante Rebiç (“Ayntraxt”, Almaniya), Yosip Brekalo (“Volfsburq”, Almaniya), Bruno Petkoviç, Mislav Orşiç (hər ikisi “Dinamo”).

Ehtiyat oyunçular: Andrey Kramariç (“Hoffenhaym”, Almaniya), Marko Roq (“Kalyari”, İtaliya), Filip Benkoviç (“Lester”, İngiltərə), Miyo Cakdaş, Yosip Yuranoviç (hər ikisi “Hayduk”), Antonio Mirko Çolak (“Riyeka”).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Günün canlı oyunları – Etopaz-da

admin

“Qarabağ”ın səfər gücü

admin

Əvvəlcə Bordin, sonra Efros

admin