29 Sentyabr 2021
Kateqoriyasız

Xorvatiyada karantinə alınan Xəlilzadə: “Özünüzü qoruyun”

Millimizin və “Sabah”ın futbolçusu Təmkin Xəlilzadə koronavirusa yoluxması ilə bağlı paylaşım edib.

İdmanxeber.az-ın məlumatına görəinstaqram hesabında yazan oyunçu sağlıq durumunun yaxşıya doğru getdiyini bildirib:

“Dostlar, yazan, maraqlanan, narahat olan, şəfa diləyən hər kəsə təşəkkür edirəm! Hazırda Xorvatiyada karantindəyəm, səhhətim yaxşıya doğru gedir. İnşallah, tezliklə görüşəcəyik. Ətrafınızı və özünüzü bu virusdan maksimum şəkildə qorumağa çalışın”.

Azərbaycan millisinin iki üzvü Təmkin Xəlilzadə və Rahil Məmmədovun koronavirus testi müsbət çıxıb. Hər iki futbolçu hazırda Xorvatiyada karantindədi və test nəticələri mənfi olandan sonra Bakıya qayıda biləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Qəbələ” iştirak ərizəsini PFL-ə verdi

admin

“Sabah” Coşqun Diniyevlə yolları ayırdı

admin

Daha bir legioner “Qəbələ”dən getdi

admin