Kateqoriyasız

Xorvatiyalı baş məşqçi açıqladı: “AFFA ilə danışıqlarım olub”

Xorvatiyalı məşqçi Nikola Yurçeviç AFFA-dan təklif aldığını açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, 52 yaşlı mütəxəssis bu barədə ölkə mətbuatına müsahibə verib:  “AFFA ilə ciddi danışıqlarım oldu. Hər şey yaxın günlərdə bəlli olacaq”.

Məsələyə milli komandamızın sabiq baş məşqçisi Robert Prosineçki də münasibət bildirib. Xorvatiyalı baş məşqçi Nikola Yurçeviçin doğru seçim olduğu söyləyib.

Nikola Yurçeviç Xorvatiya millisi  və “Beşiktaş” klubunda Slaven Biliçin köməkçisi olub.

Təcrübəli mütəxəssis son olaraq, Zaqreb “Dinamo”sunu çalışdırıb. O, ötən mövsümün sonuna 2 tur qalmış istefaya göndərilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43