Kateqoriyasız

Xorvatiyalı qapıçı “Xəzər Lənkəran”a qayıtdı

“Xəzər Lənkəran” bu gün növbəti məşqinə çıxıb. 

İdmanxeber.com-un məlumatına görə, “Dalğa Arena” stadionunda keçən məşqdə Ağabala Ramazanov, Alfred Sanko, Uğur Pamuk və Cahangir Həsənzadə fərdi qaydada çalışıblar.

Əfran İsmayılovun isə 3 gün sonra komandanın məşq prosesinə qatılması gözlənilir.

Yay transfer pəncərəsi dövründə transferə çıxarılmış, sonradan isə müəyyən səbəblərdən komandanın düşərgəsindən kənarda qalan xorvat qapıçı Vyekoslav Tomiç də bu gündən komandaya qoşulub.

Xatırladaq ki, bugün saat 16:00-da “AZAL Arena”da “Xəzər Lənkəran” AZAL-a qarşı yoxlama oyunu keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43