Ölkə futbolu

Xorvatiyanın məşhur klubu Qurbanovu heyətinə qatdı

“Neftçi”nin hücumçusu Ruslan Qurbanov karyerasını Xorvatiyada davam etdirəcək.

İdmanxeber.com-un məlumatına görə, “ağ-qaralar”ın üzvü bu ölkənin “Hayduk” klubundan dəvət alıb. Qurbanov mövsümün sonuna kimi “Hayduk”da çıxış edəcək.

Xatırladaq ki, “Hayduk” hazırda Xorvatiya çempionatında üçüncü yeri tutur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43