Dünya futbolu

Xorxe Sampaoli: “Kim görüşübsə, onlar danışsın!”

“Sevilya”nın baş məşqçisi Xorxe Sampaoli Argentina Futbol Federasiyası ilə danışıqları haqda yayılan məlumatları təkzib edib.

İdmanxeber.com-un məlumatına görə, o, bu barədə açıqlamasında heç kimlə görüşmədiyini bildirib:

“Bu barədə heç nə bilmirəm, heç kimlə görüşməmişəm. Kim görüşübsə , qoy onlar danışsın.

Cümə günü gələcəyim haqda danışmışam. O vaxtdan bəri heç bir şey dəyişməyib”, – deyə Sampaoli qeyd edib.

Xatırladaq ki, bir müddət əvvəl isə Argentina Futbol Federasiyasının rəhbəri Klaudio Tapianın Barselonada Sampaolinin vəkili ilə görüşdüyü barədə məlumat yayılmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43