İdman

“Xoşbəxtəm ki, qalib gəldik” – Maykl Onil

“Çətin oyun oldu, yaxşı komandaya qarşı oynadıq. Prosineçki yaxşı komanda yığıb. Ən vacib qol vurmaq idi və buna nail olduq. Bəzi futbolçularımız yox idi, buna baxmayaraq yaxşı nəticə əldə etdk”

İdmanxeber.com-un məlumatna görə, bu sözləri Şimnali İrlandiyanın baş məşqçisi Maykl Onil deyib.

DÇ-2018 təsnifat mərhələsi çərçivəsində Bakıda Azərbaycan yığmasının qonağı olan irlandlar matçı qalib başa vurub 0:1.

Oyundan sonra keçirilən mətbuat konfransında britaniyalıların çalışdırıcısı jurnalistlərin suallarını cavabıandırıb:

– Hakimlikdən razısınızmı?

– Hakimlərin idarəsindən razı qaldım.

– Hesabı ədalətli hesab edirsinizmi?

– Düşünürəm ki, Azərbaycanların yaxşı imkanları oldu. İlk hissədə bizim də imkanlarımız oldu. Qrupda lider Almaniyadı, çalışacağıq ki, ona qarşı yaxşı oynayaq.

– Belfastla Bakıdaki oyunlarda hansı fərqlər var idi?

– Azərbaycan bugün daha fərqli oynadı. Daha çox ötürmə etdi. Biz oyunumuzu əks hücumlarda qurduq. Topa yiyələnmədə rəqib üstün idi.

– Əgər oyun bərabər bitsəydi hesab sizi qane edərdimi?

– Xoşbəxtəm ki, qalib gəldik. Heç-heçə olsaydı belə razı qalardım.

– Azərbaycan yığmasının hansı oyunçusunu qeyd edərdiniz?

– Komandanı qeyd etmək istəyərdim. Sizin gözəl kapitanınız var. Qara Qarayev, Almeyda və Şeydayevi xüsusi qeyd edərdim.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43