Dünyadan

Xosep Mariya Bartomeu: “Luis Enrikeni saxlamaq istəyirik”

“Biz baş məşqçimiz Luis Enrike ilə müqavilənin müddətini uzatmaq istəyirik”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Barselona”nın prezidenti Xosep Mariya Bartomeu deyib. O deyib ki, gələn ilin aprelindən sonra Luis Enrike ilə yeni müqavilə bağlaya bilərlər:

"İstəyirik ki, Enrike ilə yeni müqavilə imzalayaq. Ancaq onunla razılaşdıq ki, aprelə kimi bu barədə müzakirələr etməyək. Çünki danışıqlar üçün xeyli vaxtımız olacaq".

Qeyd edək ki, L.Enrike 2014-cü ildən "Barselona"nı çalışdırır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43