Dünya futbolu

Xudiyev “Astana”nın oyununa təyinat alıb

Asim Xudiyev növbəti təyinatını alıb.

İdmanxeber.az-ın məlumatına görə, Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev növbəti təyinat alıb. O, avqustun 30-da UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində Astanada keçiriləcək “Astana” (Qazaxıstan) – APOEL (Kipr) oyununun hakim-inspektoru olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43