Kateqoriyasız

Xulen Lopeteqi: “Qarabağ”da güclü futbolçuların olması qələbəni çətinləşdirir”

Avropa Liqasının qrup mərhələsinin ilk turunda sabah “Qarabağ”ın qonağı olacaq İspaniyanın “Sevilya” klubunuun baş məşqçisi Xule Lopeteqi oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı…

– Buna qədər “Atletik” və “Atletiko” Azərbaycan klublarına qarşı oyunlarda büdrəyib. Bundan xəbəriniz varmı?
– Əlbəttə ki, bura gəlmiş klublar haqda məlumatım var. “Qarabağ”ın heyətində güclü yerli və əcnəbi oyunçuların olması rəqiblər üçün qələbəni çətinləşdirir. Həmin vaxt “Qarabağ” digər klubların da işlərini çətinləşdirmişdi. “Qarabağ”da güclü futbolçular var.

– Sabahkı oyunda xal itkisi sizin üçün nə demək olar?
– Bütün çətinliklərə baxmayaraq, qələbə qazanmağa çalışacağıq.

– Qarşıdan “Real”la çempionat oyununuz gəlir. Bunu nəzərə alıb, sabah heyətdə rotasiya etmək fikriniz varmı?
– Bizim üçün sadəcə bir oyun var, o da “Qarabağ”a qarşı.

– Avropa Liqasında ilk oyununuz olacaq. Məqsəd nədi?
– Sabah avrokuboklarda ilk oyunumuz olacaq. Bütün gözləntilərin qarşılığını verəcəyik.

– Start heyətini müəyyənləşdirmisinizmi?
– Sabah ən yaxşı heyəti meydana buraxacağıq.

– Hansı dəyişiklikləri planlaşdırırsınız?
– Bunu sabah biləcəyik. Təbii ki, bəzi dəyişikliklər baş verə bilər.

– Yalnız sabahkı oyunu düşünürsünüz, yoxsa “Real”la matç da beyninizdədi?
– Bütün atlara birdən minmək mümkün deyil. Yalnız bir ata minmək istəyirik. Bütün diqqətimizi sabahkı görüşə yönəltmişik.

Oxşar xəbərlər

“Qarabağ” yanvarı gözləmədi, onu göndərdi!

admin

Millimiz Xorvatiya klubu ilə heç-heçə etdi

admin

“Qarabağ” və APOEL axşamkı oyuna bu formalarla çıxacaq

admin