20 Sentyabr 2024
Ölkə futbolu

Xviça “Napoli”də xoşbəxtdi: “Azarkeşləri sevindirmək üçün hər şeyi edirəm”

“Napoli”nin cinah oyunçusu Xviça Kvaratsxeliya klubda ona qarşı münasibətdən razıdır.

İdmanxeber.az-ın məlumatına görə, gürcüstanlı futbolçu haqqında çıxan transfer xəbərləri barədə də danışıb. 

“Napoli”də ətrafımdakı insanlar tərəfindən dəyər və dəstək görürəm. Mənim üzərimdə böyük məsuliyyət var, çünki sizə inananların ümidlərini doğrultmalısınız. Azarkeşləri sevindirmək üçün hər şeyi edirəm”.

Daha əvvəl mətbuat PSJ-nin futbolçu ilə müqavilənin şərtlərini razılaşdırdığını yazmışdı. Lakin o zaman bildirilirdi ki, “Napoli” Kvaratsxeliyanı Paris klubuna buraxmaq fikrində deyil.

2023/24 mövsümündə yarımmüdafiəçi komandanın heyətində bütün yarışlarda 45 matçda 11 qol vurub və 9 məhsuldar ötürmə edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43