Dünya futbolu

“Xviçanı “Real”da görmək istərdim” – Kaxaber Kaladze

“Milan”ın və Gürcüstan millisinin sabiq müdafiəçisi Kaxa Kaladze “Napoli”nin vingeri Xviça Kvaratsxeliyanı görmək istədiyi klubun adını çəkib.

İdmanxeber.az-ın məlumatına görə, keçmiş oyunçu Xviça üçün bunları deyib:

“Onu “Real”da görmək istərdim. Xviça belə komandalarda yaxşı oynaya bilər. Ançelotti ən yaxşı məşqçilərdən biridir. O, gənc futbolçularla dostdur. Karlo oyunçuların bacarıqlarından yaxşı istifadə edir. Futbolçuları düzgün taktika ilə daya uyğun mövqelərə qoyur”.

Kvaratsxeliya 2022-ci ilin yayından “Napoli”də çıxış edir. 23 yaşlı gürcü ötən mövsüm neapolluların heyətində 45 oyun keçirib, 11 qol vurub və 9 məhsuldar ötürmə edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43