Dünya futbolu

XXI əsrin bombardirləri açıqlandı

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) XXI əsrdə milli çempionatlarda ən çox qol vuran futbolçuların adlarını açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, bombardirlərin siyahısına portuqaliyalı Kristiano Ronaldo başçılıq edir. 38 yaşlı futbolçu XXI əsrdə ölkə çempionatlarında ümumilikdə 498 dəfə fərqlənib.

Onu argentinalı Lionel Messi izləyir. Fransanın PSJ klubunun üzvü həmkarından 11 top geri qalır.

İlk “10-luq” belədir:

Futbolçu Ölkəsi Qollar
1 Kriştianu Ronaldu Portuqaliya 498
2 Lionel Messi Argentina 487
3 Zlatan İbrahimoviç İsveç 392
4 Luis Suares Uruqvay 364
5 Robert Levandovski Polşa 357
6 Nikolas Munyoz Panama 328
7 Aleksandar Dyuriç Sinqapur 304
8 Joze Alfredo Kastilyo Boliviya 289
9 Ali Aşfaq Maldiv adaları 288
10 Martin Kamburov Bolqarıstan 287

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43