08 Sentyabr 2024
Dünya futbolu

“Ya hər şeyimizi verməliyik, ya da heç nə qazanmayacağıq” – Xavi

“Barselona”nın baş məşqçisi Xavi komandasının İspaniya çempionatının 18-ci turunda keçirilən “Almeriya” oyunu (3:2) barədə fikirlərini bölüşüb.

İdmanxeber.az-ın məlumatına görə, o, futbolçulara komandanın ilk yarıdakı performansının qəbuledilməz olduğunu bildirib:

“Ya hər şeyimizi verməliyik, ya da heç nə qazanmayacağıq. Biz oyanmalıyıq. İndi qəzəbli deyiləm. Komandamda ruhun olmamasından şikayət etdim. Onlar təzyiqi hiss edirlər, mən oyunçulara qarşı daha tələbkar olmalıyam. Eyni zamanda da onları qorumalıyam”, – deyə Xavi AS-dan sitat gətirib.

18 turdan sonra “Barselona” La Liqada 38 xalla üçüncüdür. İspaniya çempionatına “Jirona” başçılıq edir (44 xal).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43