Ölkə futbolu

“Ya kanallar buna görə pul ödəyəcəklər, ya da bu hüququ heç kimə verməyəcəyik”

Klublar Komitəsinin sədri Tuyqun Nadirov dünən keçirilən iclasdan sonra açıqlamasında teleyayıma komandalar özləri nəzart etməlidirlər deyə bildirib:

İdmanxeber.com Nadirovun açıqlamasını təqdim edir:

“Teleyayım hüququnun klublara verilməsini istəyirik. Həm də bunu kiməsə pulsuz vermək istəmirik. Ya kanallar buna görə pul ödəyəcəklər, ya da bu hüququ heç kimə verməyəcəyik. Azarkeşləri futbolsuz qoymamaq üçün internet vasitəsilə yayım təşkil etmək olar. Peşəkar Futbol Liqası və Topaz ilə müzakirələrdən sonra bu məsələni qaldıracağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43