Ölkə futbolu

“Yagelloniya” – “Qəbələ” matçının hakim təyinatları açıqlandı

Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Yagelloniya” – “Qəbələ” matçının hakim təyinatları açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, oyunu rumıniyalı FİFA referisi Konstasntin Sebastian Koltesku idarə edəcək.

20 iyul, Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunu

22:30. “Yagelloniya” – “Qəbələ”

Baş hakim: Konstasntin Sebastian Koltesku
Yan xətt hakimləri: Radu Adrian Stefan Qinquleaç, Vladimir Urzika
Dördüncü hakim: George Katalin Qaman (hamısı Rumıniya)

UEFA nümayəndəsi: Yan Pol Mievis (Belçika)

Hakim-inspektor: Qoran Mixayleviç (Monteneqro)

İlk oyun: 1 – 1


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43