Ölkə futbolu

Yağış “Qarabağ”a mane ola bilmədi- VİDEO

Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün sonuncu məşqinə çıxıb.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, hava şəraitinin yağmurlu olmasına baxmayaraq ,komandanın axşam məşqi baş tutub. İsinmə hərəkətlərinin ardından 3 qrupda kvadrat oynayan futbolçular ardınca məşqçilərin verdiyi başqa fiziki məşğələləri yerinə yetiriblər.

Qeyd edək ki, “Qarabağ” sabah sonuncu  yoxlama oyununda Ruminiya təmsilçisi “Targu-Mureş”lə qarşılaşacaq . Oyun Bakı vaxtı ilə saat 19:30-da başlayacaq və “Qarabağ”ın rəsmi “Youtube” kanalı vasitəsi ilə canlı yayımlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43