20 Sentyabr 2024
İdman

Yağış yağdı, millimizin oyununun vaxtı dəyişdi

Bu gün start götürəcək 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının Qəbələ mərhələsi əvvəlcədən təyin edildiyi vaxtda başlamayacaq.

İdmanxeber.az-ın məlumatına görə, buna səbəb şəhərdə gücü yağışın yağması olub. Millimizlə “Baku Flames” arasında saat 16:30-da start götürməli olan qarşılaşmanın 19:00-da başlayacağı bildirilib.

Xarırladaq ki, yığmamız A qrupunda Portuqaliya millisi, “Baku Flames” və “Varşava Lotto” komandaları ilə birgə mübarizə aparacaq.

Turnirdə 5 milli komanda və 3 klub olmaqla, ümumilikdə 8 kollektiv 2 qrupda çıxış edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43