Dünya futbolu

Yakub Jezniçak: “Burada məşqlər daha asandır”

“Qarabağ”ın polşalı futbolçusu Yakub Jezniçak ölkəsinin mətbuatına müsahibə verib.


Qış fasiləsindəki hazırlıq mənim ürəyimcə oldu. Bütün yüksək liqa klubları Antalyada hazırlaşır. Yaxın otellərdə qalırdıq. Ona gödə də sabiq komanda yoldaşlarımızla görüşmək imkanımız olurdu. “Qarabağ”da məndən başqa polşalı futbolçu yoxdur. Toplanış müddətində isə həmvətənlərimi görürəm.

– “Qarabağ”ın hazırlığı Polşa klublarından fərqlidir?

– Burada məşqlərin daha asan olduğunu deyə bilərəm.  Polşada olduğu kimi çox qaçmırıq, burada daha çox topla davranışa üstünlük veririk. Burda məşqlər daha maraqlıdır. “Qarabağ”da çox şey öyrənirəm.

– Məqsədiniz çempionluq titulunu qorumaqdır?

– Əlbəttə, buna çalışırıq. Amma biz həm də kubokun yarımfinalındayıq. Mövsümün ilk yarısı bizim üçün ağır keçdi. Avroliqanın qrup mərhələsində də oynayırdıq. Bizdə çətinliklər çox oldu. Heyətdə xeyli dəyişiklik etməyə məcbur olurduq. Hər üç gündən bir meydana çıxırdıq. İndi məşqçilərimiz daha rahat seçim edə biləcək. Çünki oyun qrafiki sıx olmayacaq. Biz mövsümün ikinci yarısına tam hazırıq.

– Ötən mövsüm Çempionlar Liqasından Avroliqaya düşdünüz və burada uğursuz çıxış etdiniz.

– Çempionlar Liqasında yolumuz çətin oldu. BATE ilə görüşdə kişik fərqlə uduzduq. Bəxtimiz gətirsəydi, BATE-ni keçərdik və növbəti mərhələdə PSV ilə qarşılaşardıq. Bu komanda isə bizə uyğun rəqib idi. Biz Avroliqanın qrupunda da güclü rəqiblərlə qarşılaşdıq. Buna sevinmək lazımdır. “Arsenal” və “Sportinq” kimi komandalar adətən Çempionlar Liqasında mübarizə aparır.

– “Legiya”da 13 oynamısınız. “Qarabağ”da da Polşa klublarında çıxış etmiş futbolçular var. Onlarda xatirələtinizi bölüşürsünüz?

– Bəli. Dani Kintana, Donald Gerye və Simeon Slavçev Polşada oynayıb. Onlarla söhbət edirəm. Biz sabiq komandalarımızın çıxışını da izləyirik. Onlar bir-biri ilə qarşılaşda bunu müzakirə edirik. Mən “Qarabağ”a gələndə Kintanadan komanda haqda soruşmuşdum. Slavçe isə mənə zəng etmişdi.

– Polşa üçün darıxırsan?

– Açığı, heç darıxmıram. Ancaq ailəm üçün darıxıram. Mən burada əla futbol mühiti tapmışam. “Qarabağ”da hər şey yaxşıdır. “Qarabağ”da təzyiq “Legiya” ilə müqayisədə xeyli aşağıdır. Tez özündən çıxan fanatlar yoxdur.

– “Qarabağ”la 6 aylıq müqavilən var. Azərbaycanda qalmaq fikrin var?

– Hələ ki, bilmirəm. Eşitdiyimə görə klubda təcrübəli futbolçulara ən sonda təkliflər olunur. Mənə yeni təklif olunsa, bu barədə düşünərəm.

– Əgər yeni müqavilə təklif olunmasa necə?

– Həyat məni məcbur etməsə, Polşada bir daha oynamaram. Başqa istiqamət axtarmaq istərdim.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43