Ölkə futbolu

Yakup Jezniçak: “Növbəti oyunu gözləməyə səbrim çatmır”

“Qarabağ”dakı ilk oyunumuz artıq geridə qaldı. 5:0 hesabı ilə qalib gəldiyimizə görə çox sevinirəm”.

İdmanxeber.com-un məlumatına görə, bu fikirləri “Qarabağ”ın yeni legioneri Yakup Jezniçak “Facebook”dakı şəxsi səhifəsində yazıb.

30 yaşlı polşalı müdafiəçi debütünün baş tutduğu Çempionlar Liqasının III təsnifat mərhələsinin “Samtredia”ya qarşı ilk oyununda komandasına və azarkeşlərə ona verdiyi dəstəyə görə təşəkkür edib: “Növbəti oyunu gözləməyə səbrim çatmır”.

Xatırladaq ki, “Samtredia” – “Qarabağ” oyunu iyulun 18-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43