Layihə

Yalnız “Qarabağ” və AZAL

DÇ-2018-in seçmə oyunlarına görə Premyer Liqamızda yaranan fasilədən komndalar maksimum yararlanmağa çalışır. Artıq bir neçə komanda yoxlama görüşündə də qüvvəsini sınayıb.

Komandaların bu qısa fasilə dönəmindəki hazırlıqları ilə sizi tanış edirik:

“Qəbələ”

Çempionluqa iddialı “Qəbələ” yoxlama görüşündə qüvvəsini sınayıb. Roman Qriqorçukun yetirmələri klubun əvəzedici komandası ilə qarşılaşıb. Millilərin heyətinə cəlb olunan futbolçular oyunda iştirak etməyib.

Məhsuldar keçən qarşılaşmanın ilk yarısında 6 qol vurulub. Əsas komandanın 5:1 hesabı ilə üstün olduğu hissədə Baqali Dabo 4, Filip Ozobiç 1 dəfə fərqlənib. Əvəzedicilərin ilk yarıdakı qoluna Qədir Bayramlı imza atıb. İkinci hissədə qapılara daha 4 top vurulub. Fasilədən sonra Teo Uiksin 2, Tellur Mütəllimovun 1 qoluna əvəzedicilər Ramil Hasanovla cavab verib – 8:2.

Bu oyundan sonra bir günlük istirahətə buraxılan “qırmızı-qaralar” hazırlıqlarını noyabrın 15-də bərpa edəcək.

“İnter”

“İnter” ötən gün “Sumqayıt” öz aralarında yoxlama oyunu keçirib. “İnter Arena”da keçirilən qarşılaşmada qapılara 3 qol vurulub.Sözügedən oyun 2:1 hesabı ilə “Sumqayıt”ın xeyrinə başa çatıb.

“Kəpəz”

Bakıda hazırlıqlarını davam etdirən Gəncə klubu isə “Dalğa Arena”da 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ilə qarşılaşıb. Oyun “sarı-göylər”in 3:0 hesablı qələbəsi ilə başa çatıb.

İlk hissədə Orxan Əliyev və Şəhriyar Rəhimov fərqlənib. Fasilədən sonra isə Tural Nərimanov görüşdə son nöqtəni qoyub.

Sabah istirahət edəcək komanda üzvləri noyabrın 14-dən məşqləri bərpa edəcək.

“Zirə”  

“Qartallar” yoxlama oyununda “Zirə İdman Kompleksi”nin stadionunda əvəzedici heyətlə üz-üzə gəlib.

Oyun əsas komandanın qələbəsi ilə yekunlaşıb. İlk yarıda Sezar Meza Kolli və Adil Nağıyev fərqləniblər. Fasilədən  sonra Cavid Tağıyev əsas komandanın üstünlüyünü üç topa çatdırıb.

Bundan sonra daha üç qol vurulub. Nurlan Novruzov dubla imza atdıqdan sonra Yasin Həmid də fərqlənib. Oyun əsas komandanın 6:0 hesablı qələbəsi ilə başa çatıb.

“Neftçi”

“Neftçi” də gücünü əvəzedici komandası ilə sınayıb. İsmət Qayıbov adına təlim-məşq bazasında baş tutmuş görüş əvəzedicilərin 3:2 hesablı qələbəsi ilə nəticələnib.

Əsas komandanın qollarını Jonas Pessalli və İbrahim Əliyev vurublar. Əvəzedicilərdən isə Əli Şirinov, Kənan Mirzəliyev və Bahadur Həziyev fərqlənib.

Əsas komanda: Boban Baykoviç, Elvin Bədəlov, Rahil Məmmədov, Məqsəd İsayev, Anton Krivotsyuk, Edson Kastilyo, Murad Ağayev, Tərzin Cahangirov, Orxan Qurbanlı, Jonas Pessalli, Cavid İmamverdiyev.

Meydana sonradan daxil olanlar: Maksim Vaylo, Kamal Qurbanov, Elvin Sərkərov, Ömər Buludov, İbrahim Əliyev.

Əvəzedici komanda: Krşevan Santini, Heydər Babayev, Vüsal Hüseynov, Rəhman Daşdəmirov, Orxan Sabirbəyli, Kənan Mirzəliyev, Sənan Əbilov, Arzuman Rizvanov, Əli Şirinov, Murtuzəli Abakarov, Bahadur Həziyev.

Meydana sonradan daxil olanlar: Sənan Əlizadə, Ruzigar İbrahimzadə, Əli Babayev, Aslan Bədəlzadə, Adəm Əsgərov, Rafiq Zamanov, Xəyal Tomarov, Pərviz Həsənov

“Qarabağ” və AZAL komandaları isə hələ ki, hazırlıq matçı keçirməyiblər.

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43