Dünya futbolu

Yamal Ronaldonun uğurunu təkrarladı

İspaniya millisinin hücumçusu Lamin Yamal Portuqaliyha yığmasının kapitanı Kriştiano Ronaldonun uğurunu təkrarlayıb.

İdmanxeber.az-ın məlumatına görə, 16 yaşlı futbolçu bunu Gürcüstanla Avropa çempionatı 1/8 final mərhəsi görüşündə bacarıb. Belə ki, Yamal Ronaldodan sonra Avropa çempionatının pley-off mərhələsində qol ötürməsi edən ilk yeniyetmə olub.

Futbolçu Avro-2024-də ümumilikdə 4 matçda iştirak edib və 2 qolun ötürməsini verib.

İspaniya turnirin 1/4 finalında Almaniya millisi ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43