25 Yanvar 2021
Kateqoriyasız

YAP Rövnəq Abdullayevin deputat olmasını istəmədi

SOCAR-ın və AFFA-nın prezidenti Rövnəq Abdullayev fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkisində iştirak etməyəcək.

İdmanxeber.az “Qafqazinfo”ya istinadən yaydığı məlumata görə, siyahıda bir sıra tanınmış YAP-çı deputatlar yer almayacaq. Onların arasında R.Abdullayev də var. YAP yüksək dövlət vəzifəsi tutan şəxslərin parlamentdə təmsil olunması məqsədəuyğun hesab etməyib.

Beləliklə, partiya R.Abdullayev də daxil olmaqla bir neçə tanınmış şəxsin namizədliyini irəli sürməyib.

Xatırladaq ki, R.Abdullayev üç çağırış Milli Məclisin deputatı olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Mənim üzərimdə heyət baxımından təzyiq yoxdur” – Bordin

admin

“Kürdəmirdə klub yaradılsa, maliyyə dəstəyi verə bilərəm” – Ramil Şeydayev

admin

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin