Dünya futbolu

Yaponiyalı futbolçu dünya rekordunu yenilədi

Yaponiyanın ikinci liqasında çıxış edən “Yokohama” klubunun 50 yaşlı futbolçusu Kazuyoşi Miyura rəsmi oyunda meydana çıxan ən yaşlı futbolçu adını qazanıb.

İdmanxeber.com-un məlumatına görə, “V-Varen Nagasaki” ilə oyunda meydana çıxan futbolçu ingilis Stenli Matteusanın rekordunu yeniləyib.

Xatırladaq ki, Braziliyada “Santos” və İtaliyada “Cenoa” kimi klublarda çıxış etmiş yapon futbolçu 1990-2000-ci illər ərzində formasını geydiyi Yaponiya yığma komandasında 89 oyun keçirib və 55 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43